Yuxarı
loading...
loading...

Faiq Qarayev istefa verdi

11.10.2018 22:12 Oxunma sayı: 1491


Qadın voleybolu üzrə millimizin baş məşqçisi Faiq Qarayev istefa verib.

O, millimizin dünya çempionatında uğursuz çıxışından sonra məşqçilik karyerasını başa vurub.

Bu, 59 yaşlı məşqçinin səhhətində yaranan ciddi problemlə əlaqələndirilir. Lakin o, məşqçiliyi atsa da, Voleybol Federasiyasının I vitse-prezidenti vəzifəsini icra etməkdə davam edəcək.

Bundan başqa, millimizin aparıcı üzvlərindən olan Natalya Məmmədovada yığma ilə vidalaşıb. Karyerasını Qazaxıstanın “Altay” klubunda davam etdirəcək Məmmədova bir daha millimizin formasını geyinməyəcəyini açıqlayıb. O bu qərarını gənc nəslə yol açması ilə əlaqələndirib.


loading...