Yuxarı
loading...
loading...

Müğənninin təqdimatında qalmaqal FOTO

11.10.2018 20:14 Oxunma sayı: 1520


Gənc müğənni Türkan Heydərova ötən gün yeni klipini təqdim etmək üçün media nümayəndələri ilə görüş keçirib.

“Ədalətin bumu” adlı mahnısını ekranlaşdıran ifaçı klipini təqdim etdikdən sonra media nümayəndələrinin və qonaqların səmimi fikirlərini öyrənmək istəyib.

İradlarını bildirən və fikirlərini söyləyən media nümayəndələrinin söylədikləri Türkanın boğazından keçməyib. Bu zaman isə media işçiləri və ifaçı arasında qalmaqal yaşanıb.

“Əslində, bu klip mənə pulsuz başa gəldi. Yəni, hədiyyə oldu. Bu sənətə təsadüfi gələn müğənnilərdən deyiləm. Savadım və iki diplomum var. İradlarınızı qəbul etmirəm, düşünürəm ki, ekran işi çox yaxşı alınıb. Bu, mənim ilk işimdir. Mən bəziləri kimi efirdə yalandan ağlayıb, daha sonra işlər təqdim etmirəm”, - deyə Türkan bildirib.

Müğənninin sözlərinə tədbirə qatılan sənət dostları da dəstək çıxıblar. Lakin jurnalistlərlə ifaçı arasındakı qalmaqal tədbirin sonuna qədər davam edib.

Xatırladaq ki, bəstənin söz və musiqisi Samir Vidaya məxsusdur. Bək-vokalda müğənni Vüsal Nəsib ifa edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


loading...