Yuxarı
loading...
loading...

Prezident avtomobil yolunun tikintisinə üç milyon manat ayırdı

11.10.2018 18:55 Oxunma sayı: 1322


Prezident İlham Əliyev Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə qeyd olunan maliyyələşməni təmin etmək tapşırılıb.


loading...