Yuxarı
loading...
loading...

Şimali Koreya 3,3 trilyon dollar dəyərində mineral ehtiyatlara sahibdir

11.10.2018 16:27 Oxunma sayı: 2391


Koreya Xalq Demokratik Respublikası (KXDR) 3,3 trilyon ABŞ dolları dəyərində təbii ehtiyatlara malikdir. Bu Cənubi Koreyadakı mineral ehtiyatlardan 15 dəfə çoxdur.

 KXDR ərazisində 6 milyard tonluq maqnezit, 5 milyard tonluq dəmir filizi, 2 milyon tonluq qrafit, 250 min tonluq volfram ehtiyatları vardır. Şimali Koreya bu yataqların işlənməsi üçün xarici investorlarla 40 müqavilə imzalayıb ki, onların da 90 faizi Çin şirkətidir.

Bildirilir ki, 2000-ci ildə Koreyalararası sammitdən sonra Cənubi Koreya KXDR-dəki mineral ehtiyatların kəşfiyyatı ilə bağlı işlərə başlasa da, iki ölkə arasında siyasi gərginlik səbəbindən bu işlər dayandırılıb.


loading...