Yuxarı
loading...
loading...

Bolqarıstan daşınmaz əmlakın qiymət artımına görə Avropa İttifaqında yeddinci sıradadır

11.10.2018 14:33 Oxunma sayı: 1274


Avropanın statistika agentliyi “Avrostatın” məlumatına əsasən Bolqarıstanda daşınmaz əmlakın qiyməti 2018-ci ilin birinci rübü ilə müqayisədə 2,8 faiz, 2017-ci illə müqayisədə isə 7,5 faiz artıb.

Daşınmaz əmlakın illik artımına görə Bolqarıstan Avropa İttifaqında (Aİ) yeddinci yeri tutur. Sıralamaya görə Sloveniya 13,4 faizlə ilk yerdədir. Ondan sonra İrlandiyada 12,6, Portuqaliyada 11,2, Macarıstanda 10,4, Hollandiya 9,3 və Latviya 8,7 faiz artım müşahidə olunur.

Qiymətlərin azalması İsveç və İtaliyada 1,7 və 0,2 faiz arası müşahidə edilməkdədir. Aİ-də ümumiyyətlə daşınmaz əmlaka olan qiymətlər illik faiz nisbəti ilə 4,3 artıb


loading...