Yuxarı
loading...
loading...

İndoneziyanın Yava adasında zəlzələ nəticəsində 3 nəfər ölüb

11.10.2018 11:38 Oxunma sayı: 1303


İndoneziyanın Şərqi Yava əyalətində baş vermiş 6,3 maqnituda zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

bu barədə cümə axşamı ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyinin rəsmi nümayəndəsi Sutopo Nuqroxo "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, yeraltı təkanlar nəticəsində bir neçə bina dağılıb.

Zəlzələ Bali adasında da hiss olunub. Sunami təhlükəsi elan olunmayıb.


loading...