Yuxarı
loading...
loading...

Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxıb YENİLƏNİB

10.10.2018 17:34 Oxunma sayı: 1273


Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə bibər qazından  zəhərlənən şagirdlər evə buraxılıblar.

Məktəbdən  verilən məlumata görə, bütün uşaqlar xəstəxanadan buraxılıb: 

“Şagirdlərin valideynləri ilə məktəbdə görüş keçirilib. Onlara tövsiyə edilib ki, övladları dərsə gələrkən çantalarına qoyduqları əşyalara xüsusi nəzarət etsinlər. Hazırda məktəbdə hər şey qaydasındadır”.

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərləniblər.

76 nömrəli tam orta məktəbdən Oxu.Az-a bildirilib ki, oktyabrın 10-u, saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizinə gözyaşardıcı qaz buraxıb.  

Doqquz şagird zəhərlənib. Zəhərlənən şagirdlər Bakı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov  açıqlamasında bildirib ki, hazırda şöbədə altı uşaq müalicə alır:

“Biri oğlan, beşi qızdır. Vəziyyətləri stabildir. Uşaqlar qorxublar. Heç bir həyati təhlükələri yoxdur. Hazırda müayinələrdən keçirlər. Lazımi tədbirlər görülür. Bu gün ərzində şagirdlər evə buraxılacaqlar”.

 

 


loading...