Yuxarı
loading...
loading...

Azərbaycanda “Avro-5” benzini istehsal olunacaq

10.10.2018 15:12 Oxunma sayı: 1274


Bakıda neftayırma zavodunun yenidən qurulması, modernləşdirilməsi prosesi gedir. Bu da çox önəmli sənaye layihəsidir.

Bu sözləri Azərbaycan Prezidenti İlham ƏliyevNazirlər Kabinetinin bugünkü iclasında bildirib.

Dövlət başçısının sözlərinə görə, “bu, bizə imkan verəcək ki, daha keyfiyyətli neft məhsulları istehsal edək”.

“Yenidənqurma başa çatandan sonra Azərbaycanda istehsal olunacaq benzin “Avro-5” standartına cavab verəcək. Bu da ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcəkdir. Eyni zamanda, bu zavodun yenidənqurulması, modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək”, - deyə, prezident bildirib.


loading...