Yuxarı
loading...
loading...

Paytaxtda xəstə həkimləri döyərək xəsarət yetirib

09.10.2018 15:40 Oxunma sayı: 1272


Bakıda xəstəxanada müalicə alın qadın həkimləri döyərək xəsarət yetirib

Hadisə "Turan” klinikasında qeydə alınıb.

Belə ki, klinikada kosmetoloji əməliyyat üçün müraciət edən Fazilə Mahmudova sonradan həkimlərin məsləhəti ilə razılaşmayaraq onlara hücum edib. Daha sonra qadın klinikanın bir neçə həkiminə ağır xəsarətlər yetirib.

Xəsarət alanlar arasında sözügedən tibb müəssisəsinin dermatokosmetoloqu Jalə Həsənovanın səhhətinin ağır olduğu bildirilir. 

J.Həsənova döyülməsi ilə bağlı faktı  təsdiqləyib. Ciddi xəsarətlər alan J.Həsənova hazırda səhhətinin yaxşı olmadığını və müalicə aldığını bildirib. Çətinliklə də olsa, danışaraq suallarımızı cavablandıran J.Həsənova hazırda həkim qəbulunda olduğunu və sistem köçürüldüyünü qeyd edib: "Sağlamlığım heç də yaxşı deyil. Hiss edirsinizsə, çətinliklə danışıram. Mənə xəsarət yetirən xanımın psixoloji durumu qaydasında deyil, eyni zamanda, çox aqressiv insandır. İlk əvvəl yanlış anlaşma oldu. Daha sonra o, şantaj xarakterli çıxışlar etməyə başladı. Bizdən hətta ödənişindən qat-qat artıq məbləğ tələb etdi. Nə qədər başa salmağa çalışmışıq ki, sizin ödədiyiniz məbləğ bu yerlərə sərf olunub. Amma o, başa düşmək istəmirdi. Onun istədiyi kimi hərəkət edə bilmədiyimiz üçün o, bu addımı atdı. Tək mən yox, bütün kollektiv onu başa salmağa çalışsaq da, alınmadı. O, nə etdisə, qərəzli surətdə elədi. Eyni zamanda, tək mən yox, bir çox həkimlərə xəsarət yetirdi. Sadəcə mən üzdə olduğum üçün mənim döyülməyim daha tez qabardıldı. Daha çox mənəvi tramva almışam, nəinki fizioloji xəsarətlər. Gözlənilməz bir hadisə baş verdi, heç kim gözləmirdi ki, bir qadın hücum edib həkimlərə xəsarət yetirsin”.

J.Həsənova qeyd edib ki, Fazilə Mahmudova klinikada fizioterapevt kosmetoloji əməliyyat üçün prosedur keçib: "Bu üslubda üz-əzələ gərməsi həyata keçirilir. Bu iş də üzün bütün nahiyələri üzrə həyata keçirilir, amma göz qapağından başqa. Bu qadının da göz qapağında problem olduğu halda, estetik əməliyyat etdirmək istəyir. Daha sonra xoşuna gəlmədiyi halda, bunun da məbləğini şantaj yolu ilə bizdən, yəni klinikadan geri çıxarmaq istəyir”.

Zərərçəkən döyülmə faktı ilə əlaqədar 34-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Hazırda məhkəmə-tibbi ekspertizası təyin edilib.

Faktla araşdırma aparılır.


loading...