Yuxarı
loading...
loading...

Ajda Pekkan lüks villasını satır: səkkiz milyona FOTO

04.10.2018 20:09 Oxunma sayı: 2510


Ajda Pekkan İstanbulun Bahçeköy ərazisindəki lüks villasını satışa çıxarıb.

O, 8 milyon 700 min dollarlıq evinin qiymətində 200 min endirim edib.

Meşəlik ərazidə yerləşən ev 1300 kvadrat metr ərazidə yerləşir, onun 1100 kvadrat metri isə evin payına düşür.

Xüsusi olaraq dekor edilən evdə altı otaq və iki zalla yanaşı, lift, xidmətçilərin yaşamağı üçün ayrı bölmə və iş otağı var.

Hovuz olan ev 24 saat mühafizə tərəfindən qorunur.

Qeyd edək ki, Ajda evini satmasına səbəb kimi şəhərin mərkəzində yaşamaq istədiyini deyib.


loading...