Yuxarı
loading...
loading...

“Qarabağ” “Qəbələ”ni darmadağın etdi

24.09.2018 15:49 Oxunma sayı: 1607


Azərbaycan Premyer-Liqasında beşinci tura yekun vurulub.

 turun son qarşılaşmasında son çempion “Qarabağ” “Azərsun Arena”da  “Qəbələ” komandasını qəbul edib.

Matç Qurban Qurbanovun yetirmələrinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Abdullah Zubir dubla imza atıb (31 və 73-cü dəqiqələrdə), hərəyə bir dəfə isə Araz Abdullayev (45) və Delarj (62) fəqrləniblər.

Qonaqların yeganə qolunu hakimin əlavə etdiyi dəqiqələrdə Rasim Ramaldanov vurub.

Turun digər qarşılaşmalarında “Sumqayıt” səfərdə “Keşlə”ni 2:1 hesabı ilə məğlub edib, “Neftçi” isə eyni hesabla səfərdə “Zirə”dən üstün olub. 

“Səbail” – “Sabah” matçında hesab açılmayıb.

Beş turdan sonra turnir cədvəlinə hərəyə 13 xal toplayan “Qarabağ” və “Neftçi” klubları başçılıq edir. “Sabah” 10 xalla üçüncü, “Sumqayıt”  yeddi xalla dördüncü, “Səbail” beş xalla beşincidir.

Bu mövsüm uğursuz çıxış edən “Qəbələ” dörd xalla dördüncü yerdədir. 

“Zirə” klubu iki xalla yeddinci, “Keşlə” isə bir xalla sonuncu pillədə qərarlaşıb.


loading...