Yuxarı
loading...
loading...

Tarixdə ilk dəfə asteroiddən görüntülər əldə edilib FOTO

24.09.2018 15:38 Oxunma sayı: 1539


“Xayabusa-2” zondundan buraxılan Yaponiyanın iki mini robotu tarixdə ilk dəfə asteroidin  səthində uğurlu eniş edib və alimlərə fotolar göndəriblər.

 bu barədə Yaponiyanın Aerokosmik Tədqiqat Agentliyinin rəsmi saytında məlumat verilir.

Bir kiloqram çəkiyə malik iki MINERVA-II1 mobil tədqiqat robotu sentyabrın 21-də “Xayabusa-2” zondundan ayrılıblar.

Onlar yaxşı vəziyyətdədir və ən azı onlardan biri Ryuqu asteroidinin səthində hərəkət edir.

MINERVA-II1 tərəfindən lentə alınan fotolar robotların hərəkəti və günəş şüalarına görə bulanıq alınıb. Ümumilikdə agentlik üç foto dərc edib.

 


loading...