Yuxarı
loading...
loading...

İsrail Suriyaya zərbələri davam etdirəcək

24.09.2018 14:21 Oxunma sayı: 2405


İsrailin müdafiə naziri Aviqdor Liberman bəyan edib ki, Rusiyanın Suriya hava məkanının bağlanmasına dair planları rəsmi Təl-Əvivin regiondakı taktikasına təsir göstərməyəcək.

Bu barədə nazir “Kan” radiostansiyasına müsahibəsində bildirib.

Liberman həmçinin bəyan edib ki, ölkəsi İranın İsrailə qarşı təcavüzü üçün Suriya ərazisindən istifadəsinə imkan verməyəcək. O həmçinin qeyd edib ki, Rusiya ilə mübahisə etmək fikrindən uzaqdır.

Nazir bildirib ki, Rusiyanın İl-20 təyyarəsinin vurulmasına görə məsuliyyət tamamilə Suriya prezidenti Bəşər Əsədin üzərinə düşür.

Kəşfiyyatçı İl-20 təyyarəsi sentyabrın 18-ə keçən gecə Aralıq dənizi sahillərində vurulub.


loading...