Yuxarı
loading...
loading...

Rusiya təyyarəsinin vurulmasına görə İsraili ittiham etdi

24.09.2018 13:13 Oxunma sayı: 2381


İl-20 təyyarəsinin vurulmasına görə İsrail Hərbi hava qüvvələri məsuliyyət daşıyır.

Belə bəyanatla Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov çıxış edib.

“Əldə edilən obyektiv məlumatlar İsrail pilotlarının 15 rusiyalı hərbçinin ölümü ilə nəticələnən hərəkətlərinin ya qeyri-peşəkarlığı, ya da ən azından cinayət tərkibli məsuliyyətsizliyindən xəbər verir”, - Konaşenkov deyib.

Müdafiə nazirliyi qeyd edib ki, İsrail pilotları bilərəkdən Suriya raketlərinə qarşı İl-20 təyyarəsindən sipər kimi istifadə ediblər.

“İsrail pilotu anlayırdı ki, İl-20 təyyarəsinin effektiv əks etmə səthi F-16 qırıcısının analoji göstəricisindən xeyli yüksəkdi və zenit raketi məhz Rusiya təyyarəsini hədəf seçəcək”, - general-mayor əlavə edib.

Müdafiə nazirliyindən bildiriblər ki, F-16 qırıcısı İl-20 təyyarəsinə çox yaxınlaşıb, bu da Suriya tərəfindən təkrar hücum cəhdi kimi dəyərləndirilib.


loading...