Yuxarı
loading...
loading...

4 min sayt bloklandı

24.09.2018 12:41 Oxunma sayı: 1578


Çin Xalq Respublikası hökuməti 4 min sayt və akkauntu bloklayıb.

 Pekin bu saytların qadağan olunmuş məlumatları yaydığı qənaətindədir.

Fırıldaqçılıqda, insanları müxtəlif dini təşkilatlara cəlb etməkdə, pornoqrafiya və hətta “şayiə” yaymaqda şübhəli bilinən saytlar və sosial şəbəkələrdəki hesablar bloklanıb.

Şəbəkədə “zərərli konent”in üzə çıxarılması kampaniyası Çində bu ilin mayında start götürüb.

İndiyə qədər 120 qanun pozuntusu aşkarlanıb, onların aradan qaldırılması 230 şirkətə həvalə edilib.


loading...