Yuxarı
loading...
loading...

Güclü yağış elektrik şəbəkələrində fəsad törətdi

24.09.2018 12:31 Oxunma sayı: 2404


Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal-Qərb və Cənub Regional elektrik şəbəkələrində bəzi fəsadlara səbəb olub.

Bu barədə  Azərişıq”ASC-dən məlumat verilib.

ASC-dən bildirilib ki, elektrik verilişi xətlərində “Azərişığ”ın əməkdaşları qabaqlayıcı tədbirlər görüb: 

“Əməkdaşlarımız yaranan qısa fasilələri operativ aradan qaldırıblar. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən 97 saylı yarımstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb”.

Qurumdan qeyd edilib ki,  Nəsimi və Nərimanov rayonlarının Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında elektrik enerjisinin verilməsində qısa müddətli fasilə yaranıb.


loading...