Yuxarı
loading...
loading...

Bakı bulvarında kişi meyiti tapıldı

23.09.2018 20:19 Oxunma sayı: 2411


Dənizkənarı Milli Parkda kişi meyiti tapılıb.

FHN-dən  verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dünən Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1 nəfərin axtarışları başa çatıb.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu naməlum kişi meyitini (təxminən 20-25 yaşlarında) taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.


loading...