Yuxarı
loading...
loading...

Almanlar ölkənin əsas fəxrini müəyyənləşdirdilər SORĞU

23.09.2018 16:50 Oxunma sayı: 1530


Almaniya vətəndaşları bütün siyasi xadimlər, iqtisadçılar, alimlər və idmançılar arasında ən çox kansler Angela Merkellə fəxr edirlər.

Belə qənaətə gəlməyə “Welt am Sonntag” qəzetinin keçirdiyi telefon sorğusu əsas verib.

Respondentlərə siyasi xadimlər, iqtisadçılar, alimlər və idmançılar arasında nailiyyətləri ilə ən çox fəxr etməyə əsas verən şəxsi seçmək təklif olunub.

Angela Merkelin adını sorğuya cəlb edilənlərin 16%-i çəkib. İkinci pilləni Almaniyanın sabiq federal kansleri Helmut Şmidt tutub - 11%. Üçüncü və dördüncü yerlərdə də ölkənin keçmiş federal kanslerləri qərarlaşıb – Villi Brandt və Helmut Koll (hərəyə 6%).

Sorğuya əsasən, almanlar daha çox siyasi xadimlərlə fəxr edirlər. Populyarlıq reytinqində daha sonra müvafiq olaraq idmançılar, yazıçılar və alimlər yer alıb.

İyul ayında keçirilən sorğuda 1047 nəfər iştirak edib.

 


loading...