Yuxarı
loading...
loading...

Şamaxıda gənc oğlan intihara cəhd edib

23.09.2018 14:14 Oxunma sayı: 2422


Şamaxı rayonunda yerli sakin intihara cəhd edib.

rayonun Şəhriyar qəsəbə sakini, 1995-ci il təvəllüdlü İntiqam Bəxtiyar oğlu Rəfiyev axşam saatlarında sirkə tuşusu içərək özünü öldürmək istəyib.

Hadisədən xəbər tutan İ.Rəfiyevin valideynləri dərhal Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən İ.Rəfiyevin vəziyyəti ağırdır.

Onun hansı səbəbdən intihara cəhd etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


loading...