Yuxarı
loading...
loading...

Tanzaniyada gəminin batması nəticəsində ölənlərin sayı 209 nəfərə çatıb

23.09.2018 13:41 Oxunma sayı: 1610


Tanzaniyanın Vikoriya gölü sahillərində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 209 nəfərə çatıb.

Bu barədə yerli "Citizen" qəzeti yazıb.

Şənbə günü daha 69 nəfərin meyiti aşkar edilib.

Bərə cümə axşamı Yukora adasındakı yanalma körpüsündən 50 metr aralıda çevrilib.

Bəzi məlumatlara görə, göyərtədə 400-ə yaxın adam olub ki, bu da gəminin imkanlarını üstələyir. Həmçinin bərə qarğıdalı, banan və sement kisələri ilə dolu yük daşıyıb.


loading...