Yuxarı
loading...
loading...

Okean sahilində nəhəng canlı aşkarlandı FOTO

22.09.2018 23:34 Oxunma sayı: 1535


Yeni Zelandiyada okean sahilində nəhəng meduza tapılıb.

Bu barədə Fox News məlumat yayıb.

Meduzanı çimərlikdə bir ailə aşkarlayıb. Qumun üzərində olan çəhrayı rəngli nəhəng canlı ara-sıra tərpənirdi. 

Sonradan məlum olub ki, bu, dünyada ən böyük meduza sayılan tüklü sianeyadır.

Caynaqlarının uzunluğu 20-36 metrə çatan canlıya toxunmaq insan bədənində təhlükəli sərkiyə səbəb ola bilər.

 


loading...