Yuxarı
loading...
loading...

Prezident Səudiyyə Ərəbistanı kralını təbrik edib

22.09.2018 22:29 Oxunma sayı: 2390


Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. 

Dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, Əziz Qardaşım, Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Dövlət başçısı həmçinin Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda məktub göndərib:

“Əlahəzrət, Ölkənizin milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza daim sülh və firavanlıq arzulayıram”.


loading...