Yuxarı
loading...
loading...

Azərbaycan cüdo üzrə dünya çempionatında ilk medalını qazanıb YENİLƏNİB

22.09.2018 21:13 Oxunma sayı: 1629


Cüdo üzrə Bakıda keçirilən dünya çempionatında Azərbaycan idmançısı Hidayət Heydərov bürünc medal qazanıb.

 73 kiloqram çəki dərəcəsində mübarizə aparan  üçüncü yer uğrunda görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçiriyə qalib gəlib.

Bununla da Azərbaycan yığması dünya çempionatında ilk medalını əldə edib. 

Cüdo üzrə Bakıda keçirilən dünya çempionatında Azərbaycan idmançısı Hidayət Heydərov bürünc medal uğrunda mübarizə aparacaq.

 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov yarımfinalda Yaponiya idmançısı, dünya çempionu Soiçi Haşimotoya məğlub olub. 

O, bürünc medal uğrunda Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşacaq.

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üçüncü yarış gününə start verilib.

bu gün üç idmançımız mübarizəyə qoşulub.

57 kq çəki dərəcəsində yarışan qadın idmançımız İçinxorlu Munxtsedev 1/32 finala təsadüf edən ilk görüşündəcə mübarizəni dayandırıb. Monqol legionerimiz almaniyalı Ameli Ştola ipponla uduzub.

73 kq-da dünya çempionluğuna namizədlərimiz Rüstəm Orucovla Hidayət Heydərov da mübarizəyə qoşulub. Dünya reytinqində II pillədə yer alan Rüstəm əvvəlcə misirli Məhəmməd Mohyeldini, sonra BƏƏ-ni təmsil edən moldovalı Viktor Skvortsovu ipponla məğlub edib, lakin 1/8 finalda monqolustanlı Soqtbaatar Send-Oçirə qızıl xal hesabında məğlub olaraq mübarizəni dayandırıb.

Dünya reytinqində IV sırada yer alan Hidayət isə ilk turda iraqlı Saccad Seheni, daha sonra Monteneqronu təmsil edən fransalı Sedrik Bessini ipponla məğlub edib. O, 1/8 finalda tacikistanlı Bəhruzi Xocazadəni qızıl xal hesabında məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Hidayət 1/4 finalda digər Monqolustan təmsilçisi Odbayar Qanbaatarı vazari balı hesabına yenərək yarımfinala adlayıb.


loading...