Yuxarı
loading...
loading...

Ərəb ölkəsi aclıqdan öləcək

22.09.2018 20:47 Oxunma sayı: 1511


Yəmən humanitar fəlakətin astanasındadır, çünki son həftələr ərzaq çatdırılması vəziyyəti kəskin şəkildə pisləşib.

Bu fikirləri BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok təşkilatın Təhlükəsizlik Şurasının iclasında deyib. 

“Bir sözlə, hər şey pisdir. Aclıqla mübarizədə uduzuruq. Biz ölkə üzrə insanların aclıqdan öləcəyinin qarşısını ala bilməyəcəyimiz nöqtəyə yaxınlaşırıq”, - o bildirib. Loukok əlavə edib ki, sakinlərin yarısından çoxu (29 milyondan 18 milyonu) ərzaqla təmin edilməyib, onlardan 8 milyonuna fövqəladə yardım lazımdır. 

2017-ci ilin noyabrında BMT milyonlarla insanın öləcəyi kütləvi aclıq təhlükəsi iə bağlı xəbərdarlıq edib. Baş katib ərəb koalisiyasını Yəməni blokadasını dayandırmağa səsləyib.


loading...