Yuxarı
loading...
loading...

Neftin qiyməti 100 dollara çata bilər

22.09.2018 19:47 Oxunma sayı: 1548


Dünya bazarlarında bir barel neftin qiyməti 100 dollara çata bilər. 

Bu barədə “The Wall Street Journal” qəzeti öz mənbələrinə istinadən yazır. 

Qeyd olunur ki, uzunmüddətli perspektivdə Səudiyyə Ərəbistanı İrandan neft tədarükünün sanksiya üzündən azalması fonunda keyfiyyətli neftə tələbatı qarşılaya bilməyəcək. 

Artıq Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti alıcıları xəbərdar edərək, bildirib ki, oktyabr ayından nefti məhdud həcmdə göndərə bilər.

Nəşr yazır ki, Səudiyyə Ərəbistanı ABŞ sanksiyalarının qəbulundan öncə dünyada neftə tələbatı düzgün qiymətləndirə bilməyib.

Treyderlər isə bildiriblər ki, tələbatın artması və Səudiyyə Ərəbistanının onu qarşılaya bilməməsi neftin qiymətini 90-100 dollaradək yüksəldə bilər.


loading...