Yuxarı
loading...
loading...

Əfqanıstanda mina partladı - 8 uşaq ölüb

22.09.2018 15:56 Oxunma sayı: 1520


Əfqanıstanın şimalında mina partlayıb. Trend-in məlumatına görə, minanın partlaması nəticəsində 8 uşaq ölüb, daha 6 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanları nümayəndəsi Abdul Kərim Uraşın sözlərinə görə, insident Fəryab vilayətində baş verib.

Uşaqların 6-12 yaş arasında olduqları bildirilir.

Polis hadisə ilə bağlı "Taliban" radikal qruplaşmasının məsuliyyət daşıdığını bildirib.


loading...