Yuxarı
loading...
loading...

Norveçdə qasırğa 30 mindən çox evi elektriksiz qoydu

22.09.2018 11:13 Oxunma sayı: 1606


“Knud” qasırğası Norveçin cənubundakı Aqder vilayətində ağacların elektrik ötürücüsü xətlərinin üstünə aşmasına səbəb olub. Nəticədə 30 mindən çox ev elektriksiz qalıb.

Bu barədə məlumat Norveçin “Agder Energi” stansiyasının saytında yer alıb.

Eyni zamanda, Norveç teleqraf bürosunun məlumatına görə, elektrik kəsilməsi hallarının sayı 50 mini ötüb. Energetiklər elektrik verilişini bərpa etməyə çalışırlar. Yıxılan ağaclar ölkənin cənubunda iki yolu – Syorlansbanen və Ostfoldbaneni bağlayıb. Norveçin hökumət orqanları qasırğa təhlükəsinin “qırmızı” səviyyəsini elan ediblər.

Təbii fəlakət zərbəsi şənbə günü Finlandiya üçün də gözlənilir. Finlandiya Meteoroloji İnstitutu ölkənin cənubunda və qərbində küləyin sürətinin saniyədə 20 metrə çata biləcəyi barədə xəbərdarlıq edib. “Yle” teleşirkətinin məlumatına görə, bununla əlaqədar Finlandiyadan yola düşən bərələrin cədvəlində dəyişiklik edilə bilər.

Qasırğa Danimarkanın bir sıra bölgələrinə sürəti saniyədə 33 metrə çatan külək gətirib. İsveçdə cümə günü güclü küləklər səbəbindən aşan ağaclar aşaraq bir neçə yolu bağlayıb. İnsanlara evlərindən çıxmamaq tövsiyə edilir

 


loading...