Yuxarı
loading...
loading...

OPEC+ Əlcəzairdə neft kvotasının artımını müzakirə edəcək

22.09.2018 10:45 Oxunma sayı: 1533


OPEC+ nazirləri bu gün Əlcəzairə səfər edəcəklər.

 nazirlər sentyabrın 23-də OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası ərəfəsində keçiriləcək ilkin tədbirlərdə iştirak edəcəklər.

Monitorinq Komitəsinin sabaha planlaşdırılan iclasında hasilatın gələcək artımı və neftin qiymətlərinin məqbul səviyyədə saxlamaq müzakirə olunacaq.

İştirakçıların bu gün 23 sentyabr iclasından əvvəl bir sıra görüşlər keçirəcəyi gözlənilir. Bundan əlavə, sazişin iştirakçı ölkələrinin ekspertlərindən ibarət Texniki Komitə OPEC+ sövdələşməsinin icrasının gedişi barədə hesabatı nəzərdən keçirəcək.


loading...