Yuxarı
loading...
loading...

Bakıda dörd nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatı VİDEO + YENİLƏNİB

21.09.2018 14:47 Oxunma sayı: 1422


Bakıda Nobel prospektində baş vermiş dəhşətli qəzada ölənlərin kimliyi müəyyən edilib.

Hadisə nəticəsində ölənlər Qəbələ rayon sakini, 1991-ci il təvəllüdlü Bilalov Hafiz Cəlaləddin oğlu, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədsadıqov Həsən Hüseyn oğlu, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əzimov Anar Emil oğlu və Zabrat qəsəbə sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Nurlan Mətləb oğludur.

Dünən Bakıda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, Nobel prospektində 99-MH-441 dövlət qeydiyyat nömrəli “Hyundai” markalı avtomobil sürət həddini aşıb və elektrik dirəyinə çırpılıb. 

Avtomobili 24 yaşlı Anarın idarə etdiyi bildirilir. Cəsədi tanınmaz hala düşən şəxsin adı Hafizdir. O, Qəbələ rayon sakinidir. Evin tək oğludur. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, dünənki dəhşətli hadisədə dörd nəfər dünyasını dəyişib:

“Hazırda məsələ barədə araşdırma aparılır. Avtomobil elektrik dirəyinə çırpılıb və iki yerə bölünüb. Qəzada həlak olanlar gənclərdir. Vəfat edənlərdən üçü dost olublar. Digər şəxs isə avtomobil təmir ustası olub. Hadisə ilə bağlı cinayət işi başlanılıb. Faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma aparılır”.

 


loading...