Yuxarı
loading...
loading...

Ermənistan nazirləri Pənahəli xanın qalasına YEYİB-İÇMƏYƏ GƏLİR...

21.09.2018 12:25 Oxunma sayı: 1248


Azərbaycanın işğal altındakı Ağdam şəhəri yaxınlığında yerləşən, Qarabağ xanı Pənahəli xanın XVIII əsrdə tikdirdiyi Şahbulaq qalası ətrafında qanunsuz və saxta qazıntı işləri aparan erməni arxeoloqların başçısı Ermənistanın nazir və məmurlarından şikayət edib. 
 
“Tiqranakert” ekspedisyiasının rəhbəri  Hamlet Petrosyan işğalçı ölkə nəşrlərinə açıqlamasında yüksək vəzifəli ermənilərin qədim abidənin ərazisini yeyib-içmək, piknik məkanına döndərmələrindən narazılığını bildirib. 
 
Onun sözlərinə görə, Xankəndindən, xüsusən İrəvandan gələn vəzifəlilərin  çoxu heç bir xəbərdarlıq etmədən, heç bir giriş haqqı-filan ödəmədən kompleksin ərazisinə daxil olur, oradakı bulaqların başında ocaq çatıb kabab çəkirlər. 
 
 
“Buradakı pikniklərin ən böyük həvəskarı keçmiş baş nazir Karen Karapetyan idi. O gələndə mənə  heç bir xəbərdarlıq edilmirdi. Amma eks-prezident Serj Sərkisyan  haqda bunu demək olmaz, o, hər gəlişi barədə bizləri xəbərdar edirdi...”-deyə erməni “goreşən” açıqlayıb. H.Petrosyanın sözlərinə görə, işğalçı ölkənin hazırkı mədəniyyət naziri Lilit Makunts da iki dəfə heç bir xəbərdarlıq etmədən qalanın ərazisinə daxil olub.  Arxeoloq  Ermənistanın Pənahəli xanın qalasına baş çəkmiş sonuncu Ermənistan nazirlərindən olan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri  Artur Vanetsyana da müraciət edib. H.Petrosyan məmurlara xatırladıb ki, tarixi kompleksin ərazisinə giriş üçün 250 dram(təxm. 90 qəpik), piknik təşkil etmək üçünsə 5 min dram(təxm. 17 manat) ödəmək gərəkdi... 
 
P.S. Aqil Abbas demiş, gorun çatlasın, Pənahəli xan, vaxtilə nökərin olan ermənilər indi qalanda kababdan yeyib, araqdan vurub söyürlər...
 
P.P.S. Nə olsun, bizlər də Bakıdakı dəbdəbəli “Şuşa”, “Cıdır düzü”, hələ üstəlik “Zəngəzur” restoranlarında kababdan yeyib, araqdan içib bir-birimizi tərifləyirik...

loading...