Yuxarı
loading...
loading...

Bakıdan Şarm əl-Şeyxə birbaşa reyslər açılacaq

21.09.2018 13:40 Oxunma sayı: 1328


2018-2019-cu ilin qış mövsümündə Bakıdan Misirə, Şarm əl-Şeyxə birbaşa çarter reyslər açılacaq.

Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən, bu, Azərbaycan tərəfindən mütəmadi həyata keçirilən ikinci belə reys olacaq.

İlk belə reys Monteneqroya təşkil edilib. Uçuşlar həftədə bir dəfə cümə axşamı günü olmaqla, 8 noyabr - 4 aprel tarixlərində “Paşa Holidays” şirkəti və Azərbaycan Hava Yolları (AZAL) tərəfindən həyata keçiriləcək. 

İki ölkə arasında birbaşa aviareysin açılması turist mübadiləsinin artmasına və turizm əlaqələrinin möhkəmlənməsinə təkan verərək, işgüzar əlaqələrin inkişafı üçün zəmin yaradacaq.

Qeyd edək ki, beynəlxalq Şarm əl-Şeyx hava limanı (“Sharm el-Sheikh International Airport”) turistlərə yerindəcə viza əldə etmək imkanı tanıyır.


loading...