Yuxarı
loading...
loading...

"Səməd Səmədov nə oxuyur ki...." onun adını “hay-küy”qoymuşam...

21.09.2018 12:23 Oxunma sayı: 1364


“İndiki müğənnilər oxuyanda hay-küy qoparmaqla məşğuldurlar”
 
Bunu həmişə tənqidi fikirləri ilə tanınan Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov deyib: 
 
“Müğənnillər canlı ifa edəndə, bütün qüsurları ortalığa çıxdığından, hamısı fanaqramayla başımızı aldadırlar. İndiki müğənnilərdən çox az-az adam dinləyirəm. Əvvəllər Rəşid Bebudova, Fatma Mehrəliyevaya, Sara Qədimovaya, İslam Rzayeva, Əbülfəz Əliyevə, Şövkət Ələkbərovaya, Zeynəb Xanlarovaya qulaq asardım. İndi Flora Kərimovaya qulaq asıram. Tofiq Quliyev, Cahangir Cahangirov çox gözəl musiqilər yazırdı. 
 
İndiki müğənnilər oxuyanda hay-küy qoparmaqla məşğuldurlar. Səməd Səmədov nə oxuyur ki, onun adını “hay-küy” qoymuşam. Əgər bir adam şairdirsə, müğənnidirsə, o, xalqın şairidir, müğənnisidir. “Xalq artisti” kimi adların kimlərəsə verilməsi boş şeylərdi. Yaxşı sənətçi onsuz da xalqa məxsusdur”. 

loading...