Yuxarı
loading...
loading...

Tramp Qarabağdan danışdı

21.09.2018 12:46 Oxunma sayı: 1295


Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində imkanlar açılacaq.

Bu barədə ABŞ prezidenti Donald Trampın Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı məktubda deyilir.

“Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində imkanlar açılacaq, bu da Ermənistan-ABŞ münasibətlərinə yeni imkanlar yaradacaq. ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi ABŞ münaqişənin uzunmüddətli həlli üçün sizinlə işləməyə hazırdır”, - deyə məlumatda bildirilir.


loading...