Yuxarı
loading...
loading...

Rəşad Mahmudova yeni vəzifə verildi

21.09.2018 12:11 Oxunma sayı: 1611


Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov yeni vəzifəyə təyinat alıb. 

Məlumata görə, R.Mahmudov Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru təyin olunub.

R.Mahmudov faktı təsdiqləyib. O bildirib ki, bu gündən vəzifəsinin icrasına başlayıb.

Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olub. 1980-1991-ci illərdə Astara rayonundakı Səməd Vurğun adına orta məktəbi bitirib.

1991-1997-ci illərdə Türkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil alıb.

1997-2003-cü illərdə Türkiyə Respublikasındakı Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsilini davam etdirib.

2003-cü ildə Türkiyə Respublikasındakı Ege Universitetində Uzmanlıq Diplomu müdafiə edib.

2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi, 2015-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək tibb üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.

2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə (V çağırış) seçkilərdə Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən deputat seçilib. 

R.Mahmudov bu yaxınlaradək - 2018-ci ilin may ayınadək Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki Bakı Ürək Mərkəzinin rəhbəri olub. Daha əvvəllər isə Mərkəzi Neftçilər Xəstəxanasında çalışıb.


loading...