Yuxarı
loading...
loading...

Bakı meriyasında kadr dəyişikliyi

20.09.2018 12:07 Oxunma sayı: 1316


Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyev işdən çıxarılıb. Bununla bağlı icra başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb. 

R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub. Məhz H.Əliyevin göstərişi ilə R.Quliyev gənc yaşlarında yüksək vəzifəyə təyinat alıb – 31 yaşlı Quliyev Bakı şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri təyin edilib. Buna qədər isə R.Quliyev “Səs” qəzetnin baş redaktor müavini və 30 saylı DSK-nın (Səbail) sədri olub. Bu vəzifələrdə etimadı lazımınca doğruldan R.Quliyev H.Əliyevin təşəbbüsü və göstərişi ilə gənc ikən yüksək vəzifəyə təyin edilib.

18 il şəhər təsərrüfatının rəhbərliyində qüsursuz işləyən R.Quliyev meriyanın aparat rəhbərinə qədər yüksəlib.


loading...