Yuxarı
loading...
loading...

“Google” Türkiyəyə 15 milyon dollar ödəyəcək

21.09.2018 14:24 Oxunma sayı: 1518


Türkiyənin antiinhisar komitəsi “Google” şirkətini 93 milyon türk lirəsi (15 milyon dollar) məbləğində cərimə etmək barədə qərar qəbul edib.

Belə qərara səbəb mobil qurğular üçün proqram təminatı sahəsində rəqabət haqqında mövcud qanunvericiliyin pozulmasıdır.

Cərimə “Google”, “Google International” və “Google Reklamcilik” şirkətlərinə tətbiq edilib.

Adıçəkilən şirkətlər 6 ay ərzində pozuntuları aradan qaldırmalı və bazarda effektiv rəqabəti bərpa etməlidirlər.


loading...