Yuxarı
loading...
loading...

Telman İsmayılovun qardaşı oğlu Avraam Russonun oğurlanmasına görə həbs olunub

21.09.2018 12:20 Oxunma sayı: 2503


İş adamı Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanov iki ay müddətinə həbs olunub. 

Müğənni Avraam Russonun oğurlanmasında ittiham olunan Z.Mərdanov noyabrın 17-dək həbsdə qalacaq. 

Məhkəmənin müvafiq qərarını hakim Yelena Lenskaya elan edib. 

İstintaqın rəyinə görə, müğənninin oğurlanmasında 7 nəfər, o cümlədən T.İsmayılov və Z.Mərdanov iştirak edib. Ehtimal olunur ki, onlar müğənnini oğurlamaqla, onu konsertlərin təşkilində birgə fəaliyyətə sövq etməyə çalışıblar.

Əgər Z.Mərdanovun günahı sübuta yetirilsə, onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.


loading...