Yuxarı
loading...
loading...

Azərbaycan neftinin qiyməti 80 dollara çatdı

20.09.2018 13:50 Oxunma sayı: 2629


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 80,66 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 0,75 dollar/barel çoxdur. Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 79,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,75 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 18-də 77,57 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,55 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 18-də 79,1 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,81 dollar/barel çoxdur.


loading...