Yuxarı
loading...
loading...

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

20.09.2018 14:35 Oxunma sayı: 1320


Zaqatala Rayon Polis Şöbəsinə sentyabrın 5-dən 17-dək olan müddətdə şəhər ərazisində küçələrin işıqlandırılmasında istifadə edilən 450 metr elektrik naqilinin kəsilərək oğurlanması barədə müraciət daxil olub. 

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların şəhər sakinləri Cavidan Süleymanov və Rövşən Cavadlı olduqları müəyyən edilib.

RPŞ-də araşdırma aparılır.


loading...