Yuxarı
loading...
loading...

Rəqqasə Fatimə: Nə qədər arıq olsan, o qədər çılğın olursan FOTO

19.09.2018 20:29 Oxunma sayı: 1349


Rəqqasə Fatimə Fətəliyeva tədbirlərin birində kameramıza tuş gəlib.

Arıqlaması ilə diqqət çəkən sənətçi açıqlama verərək, əslində, tam istədiyi formada olmadığını deyib.

“Heç vaxt çəkimi ölçmürəm. Özümü hazırda arıq hiss etmirəm, elə bilirəm, kökəlmişəm. Rəqs elə bir sənətdir ki, nə qədər arıq olsan, o qədər çılğın olursan. Rəqslərimin texnikası güclüdür və çılğındır. İki kilo da olsa, çəkim artanda, mənə mane olur”, - deyə Fatimə söyləyib.

Bu il doyunca istirahət etmədiyini qeyd edən rəqqasə bunu yay boyu maqazin gündəmini məşğul edən Xatun və Nazilə Səfərli ilə olan qalmaqalı ilə əlaqələndirib:

“Getdim, qalmaqallara görə heç bilmədim, tətilim haradan gəlib, hara getdi. Bundan sonra qalmaqallara “stop” qoymuşam. Hər şeyin yolu var. Hüquqlarımız var, bu məsələyə baxanlar var. Kimsə söz desə, özüm susacağam, bu işi hüquq-mühafizə orqanları görəcək. Artıq heç kim mənə nəsə deyə bilməz”.

Qeyd edək ki, Xatun və Fatimə arasında olan qalmaqala şair Nazilə Səfərli, müğənni Vasif Məhərrəmli də qoşulmuşdu.


loading...