Yuxarı
loading...
loading...

Ərdoğan Putinlə görüşəcək

14.09.2018 20:46 Oxunma sayı: 1361


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sentyabrın 17-də Soçidə görüşəcək. 

Bununla bağlı Pakistanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, liderlər Suriya məsələsini müzakirə edəcəklər. 

“Türkiyə İdlib məsələsində əməkdaşlığa hazırdır. Suriya böhranının siyasi yolla həllini istəyirik”, - Çavuşoğlu deyib. 

Xatırladaq ki, Putin və Ərdoğan sonuncu dəfə sentyabrın 7-də Tehranda görüşmüşdü. 


loading...