Yuxarı
loading...
loading...

Qanunsuz ov edən 35 nəfər saxlanılıb

14.09.2018 21:33 Oxunma sayı: 1302


İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reyd keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, 2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı respublika ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb.

Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

Təqsirkarlara qarşı protokollar tərtib edilərək, ümumilikdə 40441 manat məbləğində cərimə tətbiq olunub.


loading...