Yuxarı
loading...
loading...

Azərbaycanda 13 ildir davam edən veriliş bağlandı VİDEO

14.09.2018 20:00 Oxunma sayı: 2617


İTV-nin yarandığı gündən yayımlanan “Yeni gün” səhər verilişi artıq yayımlanmayacaq.

Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən  verilən məlumata görə, telekanal sentyabrın 17-dən etibarən hər səhər “Sabahın xeyir, Azərbaycan” adlı üç saatlıq informativ, əyləncəli proqramla tamaşaçıların görüşünə gələcək.

Həftənin beş günü, səhər saat 06:50-dən 10:00-dək canlı yayımlanacaq səhər efiri müxtəlif rubrika və məlumatlarla zəngin olacaq.

Belə ki, verilişdə ictimai əhəmiyyət daşıyan aktual mövzular, sağlamlıq, hüquq, idman, mədəniyyətlə bağlı maarifləndirici süjetlər üstünlük təşkil edəcək.

Bundan əlavə, Azərbaycanın bölgələrinə səyahət ediləcək, onların mədəni-sosial həyatına qısa baxış keçiriləcək. Səhər proqramında “İctimai Televiziya”da başlayacaq yeni layihələrin təqdimatı, həmçinin gün ərzində yayımlanacaq proqramların anonsları da yer alacaq.

 


loading...