Yuxarı
loading...
loading...

Yaşlı ovçuya yeni üz nəqli baş tutdu

14.09.2018 19:37 Oxunma sayı: 1276


Kvebekdən olan kanadalı Moris Dejardan dünyada ən uğurlu üz köçürülməsi edilmiş insan olub. 

Bununla bağlı “Daily Mail” nəşri məlumat yayıb. 

Bədbəxt hadisə nəticəsində üzünün böyük hissəsini itirən 64 yaşlı kişi son yeddi ildə kəskin ağrılardan əziyyət çəkib, yemək yeyə və yata bilməyib. O, müalicənin bəzi yollarından istifadə etsə də, bu, heç bir nəticə verməyib.

Buna qədər 64 yaşlı Dejardan illər ərzində analizlərdən keçərək, üz köçürülməsinin mümkünlüyünü öyrənməyə çalışıb. Bu illər ərzində o, insanlardan gizlənib. 

Üz köçürülməsi əməliyyatı 30 saat davam edib və bu işdə 100 həkim iştirak edib. Kişiyə çənə, dişlər, dodaqlar, üz əzələləri və sinirləri köçürülüb. İndi o, yeyə, nəfəs ala və qoxunu hiss edə bilir. 

Əməliyyat bir il əvvəl baş tutsa da, həkimlər yalnız indi onu uğurlu hesab edib. 

Yeni üz “Transplant Quebec” şirkəti tərəfindən ölmüş insanın yaxınlarının icazəsi ilə təqdim olunub.


loading...