Yuxarı
loading...
loading...

ABŞ müsəlman uyğurları qoruyacaq

14.09.2018 16:38 Oxunma sayı: 2634


ABŞ müsəlman uyğurların yaşadığı Sintsizyan-Uyğur avtonom respublikasındakı vəziyyət səbəbindən Çinə qarşı sanksiyalar tətbiq edilməsi məsələsinə baxır. 

Bununla bağlı dövlət katibi Mayk Pompeonun köməkçisi məlumat verib. 

Onun sözlərinə görə, Vaşinqton bu bölgədəki vəziyyəti izləyir və tədbirlər görməyə hazırdır. 

Bundan öncə, sanksiyalarla bağlı “The New York Times” məlumat yayıb. Bildirilib ki, uyğurları siyasi düşərgələrə göndərən yüksək vəzifəli məmurlar sanksiyalara məruz qalacaq.

Qəzet yazır ki, Ağ Evdə sanksiyalarla bağlı müzakirələr bir neçə aydır davam edir. 


loading...