Yuxarı
loading...
loading...

VTB sədri Rusiyanın dollar imtinası üçün plan fikirləşib

14.09.2018 17:50 Oxunma sayı: 1275


VTB sədri Andrey Kostin ABŞ valyutasından imtina üçün plan hazırlayıb. 

O, bununla bağlı “İzvestiya” qəzetinə danışıb. 

Onun sözlərinə görə, yol xəritəsi minimum üç genişmiqyaslı maddədən ibarətdir. Kostin, birinci addım kimi, digər ölkələrlə idxal-ixrac əməliyyatlarının başqa valyuta ilə həyata keçirilməli olduğunu deyib. 

İkinci addım kimi, Rusiyanın nəhəng holdinqlərinin huquqi ünvanı dəyişdirilməlidir. “ABŞ-ın aprel sanksiyaları altına düşən həmkarlarımızdan başa düşdük ki, başqa ölkədə qeydiyyatdan keçmək gələcək planların icrasını çətinləşdirir”, - o deyib. 

Üçüncü maddə kimi, Kostin Rusiyanın avroistiqrazlara ehtiyacını göstərib. 

2017-ci ilin oktyabrında sabiq maliyyə naziri Aleksey Kurdin bəyan edib ki, ABŞ sanksiyaları beynəlxalq hesablaşmalarda rublun istifadəsinə imkan yaradacaq.


loading...