Yuxarı
loading...
loading...

Rusiya Mərkəzi Bankı faizləri artıracaqmı?

14.09.2018 15:41 Oxunma sayı: 2619


Türkiyə Mərkəzi Bankının (TCMB) faiz artımı qərarından sonra diqqət Rusiya Mərkəzi Bankının keçiriləcək toplantısına yönəlib. 

Türkiyə Mərkəzi Bankı həftəlik repo faizində 625 bənd artıma gedərək 24%-ə yüksəldib.

Xarici mətbuat yazır ki, TCMB-dan sonra bazarlara dəstək vermək növbəsi Rusiya Mərkəzi Bankındadır. 

Belə ki, Rusiya Mərkəzi Bankı bu gün pul siyasətini müzakirə edəcək. İclasın nəticələri Bakı vaxtı ilə 14:30-da elan ediləcək. Qeyd edək ki, hazırda ölkənin pul siyasəti faizi 7.25 faiz təşkil edir. 

Bəzi analitiklərə görə, Rusiya Mərkəsi Bankı ABŞ-ın sanksiyalarına cavab olaraq 2014-cü ildən indiyədək ilk dəfə faiz artımına gedə bilər. 

Rusiyalı ekspertlər isə hesab edir ki, Mərkəzi Bank faiz siyasətini dəyişməyəcək. 

 

 


loading...