Yuxarı
loading...
loading...

Corablarında ölkəyə 10 ədəd “iPhone” gətirən şəxs saxlanıldı VİDEO

14.09.2018 15:29 Oxunma sayı: 1421


Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla mobil telefonların gətirilməsi cəhdinin qarşısını alıblar. 

DGK-dan verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən müvafiq qaydada sorğu-sual edilib.

Vətəndaş özü ilə gətirdiyi bir ədəd televizor, iki ədəd noutbuk və bir ədəd mobil telefondan başqa mütləq qaydada bəyan edilməli malların olmadığını bildirib.

Lakin vətəndaşın əl yükü rentgen aparatından keçirilərkən, monitorda mobil telefon qutularının təsvirləri görünüb. Bu səbəbdən yük təkrar yoxlanılıb. Vətəndaş əl yükündə gizlətdiyi boş mobil telefon qutuları barəsində sorğu-sual edilərkən isə həmin qutuların içərisindəki telefonların Bakı şəhərində olduğunu bildirib. Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb.

Nəticədə, həmin şəxsin corablarının içərisində sellofanlara bükülərək gömrük nəzarətindən gizlədilmiş, hər ayağında beş ədəd olmaqla, cəmi 10 ədəd “iPhone X 64 GB” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 


loading...