Yuxarı
loading...
loading...

GMİ sədrindən marixuana açıqlaması

14.09.2018 14:45 Oxunma sayı: 1410


Hacı Ramin İgidov: “Gürcüstan müsəlmanları ölkədə marixuananın ixrac məqsədi ilə yetişdirilməsini qəbuledilməz sayırlar”

Gürcüstanda marixuananın tibbi və kosmetik təyinatlı ixracı məqsədilə istehsalına icazə verilməsi məsələsi nəzərdən keçirilir. Bu barədə Gürcüstanın  DİN məlumat yayıb.

Məlumata əsasən, bununla bağlı qanunvericiliyə düzəlişlər layihəsi hazırlanıb. DİN qeyd edib ki, istənilən halda ölkə daxilində marixuananın satışı cinayət məsuliyyəti yaradır.

Yerli mətbuatın məlumatına görə, ölkədə marixuananın istehsalı lisenziyalaşdırılmış fəaliyyət növü elan olunacaq və lisenziya müsabiqə yolu ilə veriləcək.

Qeyd edək ki, iyulun sonunda Gürcüstan Konstitusiya Məhkəməsi marixuananın istifadəsinə görə istənilən cəzanın ləğv edilməsi ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, marixuananın yetişdirilməsi əvvəlki kimi cinayət hesab edilir.

DİN-in hazırladığı yeni qanun layihəsi marixuananın ictimai yerlərdə, nəqliyyatda və digər yerlərdə istifadəsini qadağan edəcək. Bundan başqa, nazirlikdə hesab edilir ki, müəllim, həkim, məmur kimi peşə sahibləri üçün marixuananın qəbulu tamamilə qadağan olunmalıdır.

Avqust ayında isə Gürcüstanda marixuana satışının qanuniləşməsinə qarşı etiraz aksiyası keçirib. ABŞ Milli Demokratiya İnstitutu isə belə bir məlumat yayıb ki, ölkə  sakinlərinin 75%-i narkotiklərin leqal dövriyyəsinə qarşı çıxır. Bundan başqa, Gürcülərin 18%-i marixuananın qanuniləşməsini dəstəkləyir. 8%-i isə məsələyə hansı cür reaksiya verəcəyinə qərar verə bilməyib.

“Gürcüstan müsəlmanları ölkədə marixuananın ixrac məqsədi ilə yetişdirilməsini qəbuledilməz sayırlar”.

“Report”un yerli bürosunun məlumatına görə, bunu Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri şeyx Hacı Ramin İgidov keçirdiyi mətbuat konfransında bildirib.

Картинки по запросу Hacı Ramin İgidov

O deyib ki, marixuananın yetişdirilməsinə icazənin verilməsi işsizlik fonunda gələcək nəsil üçün zərərli olacaq.

GMİ sədri hesab edir ki, marixuana ixrac etməklə Gürcüstanın adı narkotik vasitələrlə assosiasiya olacaq, bu da ölkənin beynəlxalq imicinə mənfi təsir göstərəcək.

R.İgidov GMİ-nin marixuananın istehsalını nəzərdə tutan qanunun qəbul olunmaması üçün dövlət qurumlarına müraciət edəcəyini bildirib.

Yada salaq ki, Gürcüstan müsəlmanları İdarəsi marixuanadan istifadə ilə bağlı bütün sanksiyaların ləğv olunması haqqında Konstitusiya Məhkəməsinin qərarından sonra da bəyanat vermişdi. İdarə rəsmiləri bildiriblər ki, bu xəbər bizim və ümumölkə vətəndaşının narahatçılığına səbəb olub.

“İddiaçıların fikrinə görə "marixuanadan istifadə şəxsiyyətin azad inkişafı ilə bağlı hüququdur və marixuanadan ziyan yalnız onu istifadə edən şəxsə dəyə bilər və bununla bağlı məsuliyyəti də həmin şəxs daşıyır. Biz isə düşünürük ki, bir neçə nəfərin şəxsi iddiası kütləni narahat edən bu həssas məsələ haqda bir qanuni icazə formasına gəlməməlidir. Çünki marixuananın leqallaşması halı narkotik istifadəçilərinin kütləvi artımına səbəb olub marixuananın və digər ağır narkotik növlərinin azad satışının sayını daha da artıra bilər. Unutmamalıyıq ki, marixuanadan istifadə narkomanlıq yolunda ilk addımlardır. Onun ardınca narkotikin daha təhlükəli növlərindən istifadə dövrü başlayır. Marixuananın leqallaşması onsuz da sayı az olmayan istifadəçilərinin sayını daha da artıracaqdır" deyə, bəyanatda bildirilirdi.


loading...