Yuxarı
loading...
loading...

Maradona Meksika klubunda 1,7 milyon avro qazanacaq

14.09.2018 12:10 Oxunma sayı: 2435


Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona Meksikanın "Dorados de Sinaloa" məşqçisi vəzifəsində qazancı məlum olub.

 Maradona 1,7 milyon avro qazanacaq.

O, bu qazancı 11 ay ərzində əldə edəcək. Əgər klub Meksikanın birinci divizionuna çıxsa, 57 yaşlı mütəxəssislə müqavilənin müddəti artırılacaq.

Qeyd edək ki, Dieqo Maradona bir neçə gün əvvəl Meksikanın "Dorados de Sinaloa" klubunun baş məşqçisi təyin edilib. Klub ikinci divizionda çıxış edir. Cari birincilikdə komanda altı oyundan sonra 13-cü yeri tutur.

Maradonanın məşqçi kimi axırıncı iş yeri BƏƏ-nin "Əl-Fuceyrə" klubu olub.


loading...